Bakı Dövlət Universiteti (BDU) ilə Qazaxıstanın Kunaev Universiteti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Memorandumu BDU rektoru Elçin Babayev və Qazaxıstanın Kunaev Universitetinin rektoru Jazira Ömürəli imzalayıblar.
BDU-nun regionun lider ali təhsil müəssisələrindən biri olduğunu vurğulayan rektor Elçin Babayev Universitetin tarixi, beynəlxalq əlaqələri, tədris və tədqiqat sahəsində son illərdə əldə etdiyi uğurları barədə ətraflı məlumat verib. O, iki ölkə arasında mövcud olan möhkəm əlaqələrin təhsildə və elmdə də dərinləşdirilməsinin vacibliyini qeyd edib. Bildirib ki, BDU ilə qardaş Qazaxıstanın ali məktəbləri arasında yüksək səviyyəli əməkdaşlıq mövcuddur. BDU Qazaxıstanın 3 universiteti ilə ikili diplom proqramı həyata keçirir. Rektor imzalanan memorandumun hər iki universitetin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
Qazaxıstanın Kunaev Universitetinin rektoru Jazira Ömürəli də BDU ilə birgə layihələrin həyata keçirilməsi üçün imkanların böyük olduğunu deyib, xüsusilə hüquq, beynəlxalq münasibətlər, kibertəhlükəsizlik kimi sahələr üzrə əməkdaşlığa xüsus maraq göstərdiklərini vurğulayıb.
Memorandum çərçivəsində hər iki universitetdə tədris və təlim prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Elm, təhsil və mədəniyyət sahələrində birgə layihələrin, tədbirlərin təşkili, ortaq elmi tədqiqatların həyata keçirilməsi, akademik, elmi və mədəni mobilliyin inkişafı, tələbə, tədqiqatçıların, akademik və inzibati heyətin mübadiləsi də memorandumda əks olunub.
BDU ilə Qazaxıstanın Kunaev Universiteti arasında anlaşma memorandumu imzalanıb
- Təhsil
- 17:18 22.01.2025
- Oxunma sayı: 978

Açar sözlər:
Paylaş:
Gömrükçülər 140 ədəd müxtəlif markalı mobil telefon aşkar edib
17:39 22.01.2025Təhsil
“Məktəbdə...” layihəsinin yeni dərs ilində ilk görüşü olacaq
12:10 15.10.2025BMU tələbəsi “TurkicSkills 2025”də qalib olub
17:43 14.10.2025Bu il 62 xarici tələbə Azərbaycanda təhsil alacaq
10:40 14.10.2025UNEC Voleybol komandası iddialıdır
17:00 13.10.2025Qarabağ Universitetində “Mənəvi dəyərlər” günü keçirilib
16:13 13.10.2025“Qərbi Azərbaycan irsi” kitabının I cildi təqdim edilib
11:40 11.10.2025-
- 07:56 16.10.2025
-
- 21:32 15.10.2025
-
- 20:29 15.10.2025
-
- 18:50 15.10.2025
-
- 18:31 15.10.2025
-
- 18:29 15.10.2025
-
- 18:26 15.10.2025
-
- 18:03 15.10.2025
-
- 17:30 15.10.2025
-
- 17:26 15.10.2025
-
- 17:23 15.10.2025
-
- 17:11 15.10.2025
-
- 16:55 15.10.2025
-
- 16:46 15.10.2025
-
- 16:40 15.10.2025
-
- 16:38 15.10.2025
-
- 16:19 15.10.2025
-
- 16:16 15.10.2025
-
- 16:12 15.10.2025
-
- 15:55 15.10.2025
-
- 15:53 15.10.2025
-
- 15:51 15.10.2025
-
- 15:35 15.10.2025
-
- 15:33 15.10.2025
-
- 15:31 15.10.2025
-
- 15:27 15.10.2025
-
- 15:22 15.10.2025
-
- 15:17 15.10.2025
-
- 15:12 15.10.2025
-
- 15:12 15.10.2025
-
- 15:00 15.10.2025
-
- 14:57 15.10.2025
-
- 14:49 15.10.2025
-
- 14:46 15.10.2025
-
- 14:44 15.10.2025
-
- 14:40 15.10.2025
-
- 14:38 15.10.2025
-
- 14:28 15.10.2025
-
- 14:26 15.10.2025
-
- 14:12 15.10.2025