“Dentons Global Advisors” şirkətinin nümayəndələri ADPU-da olublar

post-img

Oktyabr 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Dentons Global Advisors” şirkətinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, Tədris departamentinin direktoru dosent Sənan Əliyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova, Xarici Dillər Mərkəzinin baş müəllimləri Yasəmən Babayeva və Aytən İbrahimova, eləcə də “Dentons Global Advisors” şirkətinin Təhsil və İşçi Qüvvəsi təcrübəsinin rəhbəri Conatan Kaplan, Turhan Səttarov və Asif Cahangir iştirak ediblər.

Görüşün əsas məqsədi ölkədə müəllim hazırlığı prosesinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsinin aparılması olub. Tərəflər, təhsilin inkişafı və yüksək səviyyəli müəllim hazırlığı proqramlarının təmin edilməsi sahəsində əməkdaşlığın zəruriliyini vurğulayıblar.

Təhsil