Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) ikinci cəhdi iyunun 23-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.
Bu barədə XQ-yə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Namizədlər DİM-in saytında müvafiq linkə daxil olaraq imtahana buraxılış vərəqəsini çap edə bilərlər.
Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və buraxılış vərəqəsini mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.
İmtahan saat 10:00-da başlanacaq və saat 09:45-dən sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar.