Qazaxıstanın Əl-Fərabi adına Milli Universitetinin rektoru professor Tuymebaev Janseyt Kanseytulı Dilçilik İnstitutunda olub

post-img

21 mayda Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru professor Tuymabaev Janseyt Kanseytulının AMEA-nın Nəsimi adına Dilçilik  İnstitutunun heyətilə görüşü olub.

Dilçilik İnstitutunun  direktoru professor Nadir Məmmədli görüş zamanı qonağa institutda görülən işlər barədə məlumat verilib, birgə əməkdaşlıq məsələləri  müzakirə olunub. Nadir Məmmədli bildirib ki, Azərbaycan və qazax xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. Buna təsir edən əsas amillərdən biri Azərbaycan və qazax xalqlarının türkdilli olması, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxınlığıdır.

Rektor bu görüşün Azərbaycan-Qazaxıstan elmi, ictimai, siyasi, sosial əlaqələri üçün əhəmiyyətindən danışıb. Rektor  100 illik yubiley ərəfəsində olan Əl-Fərabi adına Universitetinin tarixi, bu günü, beynəlxalq əlaqələri barədə məlumat verib.

Görüşdə Qazaxıstanın ali təhsil müəssisəsi ilə Dilçilik İnstitutu arasında əlaqələrin möhkəmləndirilməsi, birgə tədqiqatlar aparılması, elmi kadrların hazırlanması sahəsində, birgə beynəlxalq konfransların keçirilməsi, ortaq saytların, sosial şəbəkə səhifələrinin yaradılması  faydalı əməkdaşlığın həyata keçirilməsi məsələləri müzakirə olunub.

İclasda Türk dilləri şöbəsinin müdiri professor İsmayıl Kazımov, aparıcı elmi işçi dosent Qətibə Quliyeva şöbədə aparılan elmi tədqiqat istimatələrindən, ikidilli lüğətlərin əhəmiyyətindən danışıblar.

Sonra professor Sayalı Sadıqova, İlhami Cəfərsoy, İlham Tahirov çıxışlarında  türk dövlətləri arasında əlaqələrin intensivləşməsi, müxtəlif sahələrdə əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi ortaq terminologiyanın yaradılması məsələsini önə çəkiblər.

Görüşün sonunda rektora Dilçilik İnstitutunun nəşrləri təqdim olunub.













Təhsil