Soruşun, cavab verək

post-img

Hörmətli oxucular! Bu gün sizin müraciətləriniz əsasında subbakalavr, bakalavriat, magistratura anlayışlarına aydınlıq gətiririk.

Subbakalavr – yüksək texniki peşə təhsili səviyyəsində və orta ixtisas təhsili pilləsində məzunlara verilən peşə-ixtisas dərəcəsidir.

Bakalavriat – müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsidir.  Təhsilin bu səviyyəsini bitirənlərə bakalavr ali peşə-ixtisas dərəcəsi verilir.

Magistratura – ali təhsilin ikinci səviyyəsi hesab edilir. Təhsilin bu səviyyəsini bitirənlərə magistr ali elmi-ixtisas dərəcəsi verilir.

Qeyd edək ki, bakalavr dərəcəsi olmayanlar magistratura səviyyəsində təhsil ala bilməzlər. Lakin subbakalavr dərəcəsi olmayanlar birbaşa bakalavriat təhsili ala bilirlər. 

Rizvan FİKRƏTOĞLU 
XQ

 

Təhsil