Beş mindən çox müəllim bullinqlə bağlı maarifləndirilib

post-img

Məktəblərdə bullinq haqqında maarifləndirmə işləri aparılır. Bu, dərs vəsaitlərində və hekayələrdə öz əksini tapır.

XQ xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsi rəisinin müavini Günel Səfərova “Mediada kiberbullinqə qarşı effektiv mübarizə və kibermaarifləndirmə” mövzusuna həsr olunmuş panel sessiyada bildirib.

O qeyd edib ki, Elm və Təhsil Nazirliyi kiberbullinqlə mübarizə aparır və burada miqyas çox böyükdür. Söhbət 4500 məktəbdən, 1 milyon 600 mindən çox şagirddən gedir. Son zamanlar 5 mindən çox müəllim bullinqlə bağlı maarifləndirilib. Bununla bağlı konkret layihə var. Bullinq on görə problemdir ki, onun nəticəsində insan həyatını itirə bilər.

Anar ƏLİ

XQ

 

Təhsil