Türkiyə Universitetlərinin nümayəndələrilə görüş keçirilib

post-img

1 mayda AMEA Nəsimi adına Dilçilik İnstitutunda Türkiyə Universitetlərinin nümayəndələrilə görüş keçirilib

Türkiyənin  Ordu Universitetinin  müəllimi dosent  Hüseyn Yıldız, Əhməd Yasəvi Universitetinin Filologiya fakültəsinin dekanı dr Abdulkadir Öztürk ,Ankara Hacı Bayram Vəli Universitetinin  müəllimi Hulya Kasapoğlu Gensel, doktorant Fulya Akmanla Dilçilik İnstitutunda olublar.

Görüş zamanı Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin elmi əhəmiyyətindən danışıb.

Görüşdə də ikitərəfli əlaqələrin aktual məsələləri, ortaq tədbirlərin həyata keçirilməsindən müzakirə olunub,

Qonaqlar Azərbaycan-Türkiyə elmi və ədəbi əməkdaşlığından danışıblar. Qeyd ediblər ki, bizim bütün əməkdaşlığın arxasında Azərbaycan-Türkiyə münasibətləri, dostluq-qardaşlıq əlaqələri dayanır.



Təhsil