Yeni tədris ilindən Türkiyə-Azərbaycan Universitetinə qəbul olmalıdır

post-img

Türkiyə-Azərbaycan Universitetinə yeni tədris ilindən tələbə qəbulu planlaşdırılır.

XQ xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli deyib.

Müşavir bildirib ki, hər iki tərəfin müxtəlif universitetlərinin birgə təhsil proqramlarının tədrisi olacaq: "İlkin mərhələdə texnoloji ixtisaslar üzrə qəbul planlaşdırılır".

Onun sözlərinə görə, ixtisas sayı gələcək üçün artırılacaq: "Tədris binasının Bakıda yerləşməsi nəzərdə tutulub. Yaxın gələcəkdə iki ölkə arasında müqavilələr imzalandıqca daha detallı məlumat vermək mümkün olacaq. Türkiyə tərəfi akademik dəstək verəcək. İnzibati məsələlər isə Azərbaycan tərəfindən həll ediləcək".

Anar Əli,
XQ

Təhsil