İsa Həbibbəyli: Marks nəzəriyyəsi Avropa ölkələri üçündür, Azərbaycanın maraqlarına uyğun deyil

post-img

Sosializm, kommunizm sözləri dərsliklərdən çoxdan silinsə də, o dövrdə formalaşdırılmış modellər, sxemlər hələ də elmi-tədqiqat əsərlərində, orta məktəb kitablarında yaşamaqda davam edir. Bu günə qədər orta və ali məktəblərdə keçirilən hümanitar fənlərdə tarixin, cəmiyyətin dövrləşmə prosesində Marksın nəzərəyəsi əsas götürülür.

Bunu AMEA prezidenti akademik İsa Həbibbəyli Azərbaycan müəllimlərinin XVI qurultayında çıxışı zamanı dedi.

O, Marksınin adının çəkilməsinin əleyhinə olmadığını, lakin Azərbaycan cəmiyyətinin reallıqlarının, dövlərinin başqa formada təsvir olunmalı olduğunu qeyd etdi.

Akademik bildirdi ki, Marks nəzəriyyəsi Avropa ölkələri üçün nəzərdə tutulub, Azərbaycanın maraqlarına uyğun deyil: “Bu istiqamətdə islahatların aparılmasına ehtiyac var və akademiya olaraq buna başlamağı özümüzə borc bilmişik. Artıq Azərbaycan ədəbiyyatının dövrlər üzrə konsepsiyası və inkişaf mərhələləri orta məktəbdə və akademik tədqiqatlarda əksini tapıb”.

Rizvan FİKRƏTOĞLU
XQ

Təhsil