Azərbaycanlı alimlərin elmi əsəri “SPRİNGER” nəşriyyatına daxil olan nüfuzlu jurnalda dərc edilib

post-img

Türkiyənin Yıldız Texniki Universitetinin professoru, AMEA-nın müxbir üzvü Surxay Əkbərovun, Elm və Təhsil 
Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırovun həmmüəllifi olduğu məqalə çap olunub. “SPRİNGER”nəşriyyatına daxil olan “International Applied Mechanics”  impakt faktorlu jurnalda dərc edilən  məqalə “Kəsiklə kontaktdan yaranan qeyri-bircins qalıq gərginliklərin ikiqat içi boş silindrdə oxasymmetrik boyuna dalğaların dispersiyasına təsiri" adlanır.

Bunlardan başqa qeyd edək ki, son illər həmmüəlliflərin ərsəyə gətirdiyi onlarla elmi aktual məqalə​lər ABŞ, Avropa və Asiyanın yüksək reytinqli jurnallarında nəşr olunub. Bu da elmimizin təbliği istiqamətində son dərəcə əhəmiyyəli hadisədir.

https://link.springer.com/article/10.1007/s10778-023-01238-6

Təhsil