Uğurlu karyera planlaması mövzusunda təlim keçirildi

post-img

Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə "uğurlu karyera planlaması" mövsuzunda təlim keçirildi.

Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru Şahalı Cəlilov seminar iştirakçılarını salamlayaraq təlimin əhəmiyyətindən bəhs etdi.

Sonra karyera məsləhətçisi Orxan Mahmudov çıxış edərək əmək bazarında əsas problemin təhsil və təcrübə arasında uyğunsuzluq olduğunu qeyd etdi. "Təhsilin təcrübədə tamamlanmasına və təhsil-təcrübə arasında körpünü yumşaq bacarıqlarla mənimsəmək lazımdır", - deyə Orxan Mahmudov əlavə etdi.

Seminarın sonunda tələbələrin sualları cavablandırıldı.

Rizvan FİKRƏTOĞLU
XQ



Təhsil