Bu gündən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılır

post-img

Bu gündən Dövlət İmtahan Mərkəzində (DİM) imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılır.

DİM-dən AZƏRTAC-a bildirilib ki, yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 1 ay ərzində elan olunması nəzərdə tutulur.

Xatırladaq ki, DİM martın 5-də ölkənin 29 şəhər və rayonunda XI sinif şagirdləri üçün buraxılış imtahanı keçirib. İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 211 imtahan binası, 3741 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 211 ümumi imtahan rəhbəri, 602 imtahan rəhbəri, 4647 nəzarətçi-müəllim, 521 buraxılışı rejimi əməkdaşı (mühafizə), 211 bina nümayəndəsi cəlb edilib. İmtahanda 50498 şagirdin iştirakı nəzərdə tutulurdu.

Təhsil