Mayın 12-də Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 35/6 kV-luq 80 saylı yarımstansiyadan çıxan 6 kV-luq hava xəttində təmir işləri aparılacaq.
XQ xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar saat 13:00-dan 17:00-dək Sulutəpə Xocahəsən qəsəbəsinə gedən yolun sağ hissəsi və Ruslan Allahverdiyev küçəsində yeni yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti

