Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə Xaçmaz Gömrük İdarəsində gömrük əməkdaşlarının sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, peşə fəaliyyətindən irəli gələn risklərin müəyyən olunması və profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə tibbi skrininq müayinələri aparılıb.
Müayinələr çərçivəsində anket sorğuları vasitəsilə irsi meyillilik, yanaşı xəstəliklər və digər risk amilləri ilkin qiymətləndirilib, əməkdaşlar həkimlər tərəfindən EKQ müayinəsindən keçirilib, lipid profili analiz olunub və kardioloq müayinəsi aparılıb.
Skrininq müayinələri nəticəsində gömrük əməkdaşlarının sağlamlıq vəziyyəti kompleks şəkildə qiymətləndirilərək hər bir əməkdaş üçün fərdi tibbi tövsiyələr hazırlanıb.
Qeyd edək ki, tibbi aksiya regionlarda xidmət aparan gömrük əməkdaşlarının mütəmadi tibbi nəzarətdə saxlanılması, xəstəliklərin erkən aşkarlanması və profilaktik tədbirlərin effektiv həyata keçirilməsi məqsədilə təşkil olunub.




