"Bakcell" “Star Postpaid” tariflərində dəyişikliklər tətbiq edəcək.
XQ xəbər verir ki, artıq abunəçilərin tarif daxilindəki mövcud danışıq dəqiqələri bitdikdən sonra zənglərin qiyməti 0.15 AZN/dəq, bir SMS-in qiyməti isə 0.19 AZN olaraq hesablanacaq.
Eyni zamanda, "Bakcell" “Star Postpaid” istifadəçilərinə yeni imkanlar təqdim edir. Belə ki, bu tarifin abunəçiləri artıq rəqəmsal təhlükəsizlik həlli olan “Security +” xidmətindən də faydalana biləcəklər.
Qeyd olunan dəyişikliklər 16 aprel tarixindən etibarən qüvvəyə minəcək.

