Türkiyədə səfərdə olan “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli Türkiyədə səfərdədir.
Birlik sədri Türkiyədə hərbi yönümlü təşkilatlarda görüşlər keçirib.
Türkiyənin Ehtiyatda Olan Zabitlər Birliyinin sədri Ərdoğan Qaraquş və birliyin sədr müavini zamanında Azərbaycanda xidmət etmiş, polkovnik Gıyasettin Ersoyla birliyin mərkəzi qərargahında görüşdə Azərbaycan-Türkiyə hərbi əlaqələri və regionda baş verən son hadisələr müzakirə olunub.
Azərbaycan auditoriyasının hərbi ekspert kimi yaxşı tanıdığı Ərdoğan Qaraquş Azərbaycan ordusuyla qürur duyduğunu və Azərbaycan dövlətinin apardığı ordu quruluculuğu və beynəlxalq siyasəti yüksək qiymətləndirdiyini deyib.
Dünyanın müxtəlif regionlarında, xüsusən də Azərbaycvan və Türkiyənin yerləşdiyi Şərq regionunda çox ağır proseslərin getdi bir zamanda Azərbaycanda sabitliyin olmasının, dünyanın bütün ölkələri ilə normal münasibətlər qurmasının, eyni zamanda Ermənistanla aparılan sülh danışıqlarının və yaxın zamanda Zəngəzur dəhlizinin açılacağı təqdirdə nüfuzunun daha da artacağı xüsusi vurğulanıb.
Ərdoğan Qaraquş eyni zamanda dünyanın ən önəmli ölkələrindən birinə çevrilməsi istiqamətində həm iqtisadi, həm siyasi, həm hərbi, həm humanitar addımlar atan Azərbaycanın 44 günlük Vətən Müharibəsində və antiterror əməliyyatlarında qazandığı uğurları bir daha yada salıb.
Tərəflər Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın daha da güclənməsi istiqamətində atılan addımlar və eyni zamanda hərbi yönümlü təşkilatların əməkdaşlığını da yüksək səviyyədə davam edilməsinin sevindirici olduğunu bildiriblər.
Emin Həsənli qonaqpərvərliyə görə, təşəkkürünü bildirib və gələcəkdə bu əlaqələrin yüksələn xətlə davam etdiriləcəyini vurğulayıb.
Ehtiyatda Olan Gizirlər birliyinin mərkəzi ofisində olan Emin Həsənli Türkiyə və Azərbaycan ordusunda gizir heyətinin önəmini vurğulayıb.
Birliyin sədri Cahit Koca ilə söhbətində Türkiyədə Ömər Halis Dəmir, Azərbaycanda Mübariz İbrahimovun gənc nəsil üçün örnək olduğunu, onların qəhrəmanlığının qəlblərdə əbədi yaşadığını bildirib. Emin Həsənli bu iki qəhrəman gizirin hər iki dövlətin və hər iki xalqın ortaq dəyəri olduğunu xüsusi vurğulayıb.
Birlik sədri gələcəkdə də ehtiyatda olan Azərbaycan və Türkiyə gizirlərinin əməkdaşlığının daha da inkişaf etməsi üçün lazım olan tədbirlər görülməsi və qarşılıqlı səfərlərin təşkil olunması üçün əlindən gələni əsirgəməyəcəyini bildirib. Eyni zamanda qeyd olunub ki, səfərlər zamanı həm mərkəzi qərargahın, həm bölgələrdəki şöbələrin ziyarəti, isti qarşılanma münasibətlərin dərinləşməsində çox önəmlidir.
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədiri Emin Həsənlinin görüşləri zamanı Türkiyədə təhsil alan fəal gənclər, “Bir Təbəsü








