Masallı RİH-də görüş

post-img

Yurdumuzun qədim tarixə və zəngin ənənələrə malik mədəniyyət mərkəzlərindən olan Masallıda Novruz şənlikləri yüksək səviyyədə keçirilib. Tədbirlərdə tanınmış incəsənət ustaları, müğənnilər, folklor kollektivləri çıxış edərək iştirakçılara xoş ovqat, yüksək bayram əhval-ruhiyyəsi bəxş ediblər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov rayonun musiqi kollektivlərinin nümayəndələri, tanınmış sənətçilərlə görüş keçirib. İcra başçısı mədəniyyət işçilərinin əməyini yüksək qiymətləndirib, bayram tədbirlərinə verdikləri töhfəyə görə təşəkkürünü bildirib. Sonra sənətçilərə xatirə hədiyyələri təqdim olunub. 

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Masallı rayonu üzrə nümayəndəsi Salman Yunusov göstərilən yüksək diqqət və qayğıya görə mədəniyyət işçiləri adından məmnunluq və minnətdarlıq ifadə edib. 

Əlisəfa HƏSƏNOV,

XQ-nin bölgə müxbiri

 

Sosial həyat