Dövlət Vergi Xidmətinin rəis müavini Gəncədə vətəndaşları qəbul edəcək

post-img

Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini Emil Qarayev aprelin 10-da saat 11:00-dan etibarən 12 saylı Ərazi Vergilər Baş İdarəsinin inzibati binasında (ünvan: AZ2001, Gəncə şəhəri, Heydər Əliyev prospekti, 87) Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Samux və Göygöl rayonları sakinləri ilə görüşəcək.

DVX-dən XQ-yə bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlar 31 mart - 8 aprel 2026-cı il tarixlərində 12 saylı Ərazi Vergilər Baş İdarəsinə, Gəncə, Naftalan şəhərləri və Goranboy rayonu Xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də İqtisadiyyat Nazirliyinin “195-1 Çağrı Mərkəzi”nə zəng etməklə və ya DVX-nin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşların qəbula müraciət zamanı aidiyyəti məsələləri dolğun şəkildə ifadə edən ərizə təqdim etmələri xahiş olunur.

Sosial həyat