Maştağada suyun verilişində fasilə yaranacaq

post-img

Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsinin bir hissəsində içməli suyun verilişində müvəqqəti fasilə yaranacaq.

Bu barədə XQ-yə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, qabaqlayıcı tədbirlər çərçivəsində Maştağa qəsəbəsi, Nizami küçəsində diametri 1020 mm olan içməli su xəttinin qəzalı hissəsinin yenisi ilə əvəz olunması ilə əlaqədar martın 11-i axşam saatlarından martın 13-dək qəsəbənin bir hissəsinə suyun verilməsi dayandırılacaq.

Sosial həyat