Dövlət Məşğulluq Agentliyi bu il daha 1336 şəxsi peşə kurslarına cəlb edib

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin ötən dövrü ərzində daha 1336 nəfər işsiz və işaxtaran şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb olunub.

Agentlikdən XQ-yə bildirilib ki, onlardan 525 nəfər üçün Agentliyin Bakı, Gəncə, Göyçay, Qarabağ Peşə Hazırlığı Mərkəzlərində və Naxçıvan Peşə Hazırlığı Mərkəzində, 811 nəfər üçün özəl tədris müəssisələrində kurslar təşkil olunub.

Kurslar əsasən mühasib, dərzi, frontend developer, yanacaqdoldurma stansiyalarının operatoru, insan resursları mütəxəssisi, kompüter operatoru, təchizat üzrə agent və s. istiqamətlər üzrədir.

İşəgötürənlərlə əməkdaşlıq edilməklə təşkil olunan, müdavimlərə peşələrlə bağlı nəzəri və praktiki biliklərin tədris edildiyi kursları uğurla başa vuran şəxslərin işlə təminatı da həyata keçirilir.











Sosial həyat