Bərdədə “Ağ Saray” şadlıq sarayında nöqsanlar aşkarlanıb

post-img

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonunun Kətəlparaq kəndində fəaliyyət göstərən, Ağayev İsmayıl Mirağa oğluna məxsus “Ağ Saray” şadlıq sarayında yoxlama keçirib.

Bu barədə XQ-yə AQTA-dan məlumat verilib.

Bildirilib ki, baxış zamanı şadlıq sarayında etiket məlumatları olmayan qida məhsulunun istehlaka təqdim edildiyi aşkarlanıb. Həmçinin sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən edilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

 
 







Sosial həyat