Bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Şabran şəhərində vətəndaşları qəbul edib.
XQ Komitəyə istinadən xəbər verir ki, qəbulda Şabran, Xızı və Siyəzən rayon sakinləri iştirak edib.
Vətəndaşların torpaq münasibətləri, şəhərsalma prinsipləri, tikinti və istismara icazə prosedurları ilə bağlı sualları cavablandırılıb, daxil olan müraciətlər əsasında rayon icra hakimiyyəti və bələdiyyələrlə birgə müvafiq işlər aparılıb.





