Türkiyənin xarici işlər naziri Hakan Fidan Bosniya və Herseqovinanın xarici işlər naziri Elməddin Konakoviç ilə görüşüb. Bu barədə diplomatik mənbələr 23 yanvar tarixində məlumat yayıb. Xəbəri “Anadolu” verib.
Görüş İstanbulda təşkil edilən Balkan Sülh Platformasının ikinci iclası çərçivəsində baş tutub.
Türkiyə diplomatiyasının rəhbəri Kosovonun baş nazirinin müavini və xarici işlər naziri Donika Gervala Şvarts, Albaniyanın Avropa və xarici işlər naziri Eliza Spiropali və Şimali Makedoniyanın xarici işlər və ticarət naziri Timço Mutsunski ilə ayrı-ayrılıqda görüşlər keçirib.
Bundan əlavə, diplomatik mənbələrdən əldə edilən məlumata görə, Hakan Fidan serbiyalı həmkarı Marko Djuriç və Monteneqro Baş nazirinin müavini və xarici işlər naziri Ervin İbrahimoviç ilə görüşüb.
Balkan Sülh Platformasının ikinci iclasının 23 yanvar cümə günü İstanbulda keçirilməsi planlaşdırılır.
Türkiyənin rəhbərlik etdiyi platforma, regional sahiblik prinsipinə əsaslanaraq region ölkələri arasında dialoq, etimad və əməkdaşlığı gücləndirmək və regional problemlərə davamlı həll yollarının inkişafını təşviq etmək məqsədi ilə yaradılıb.
Balkan Sülh Platformasının ilk iclası 26 iyul 2025-ci ildə İstanbulda keçirilib.
P.ƏMİRCANOV
XQ

