AQTA sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib

post-img

Yanvarın 19-da Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Sumqayıtda Sumqayıt şəhəri və Abşeron, Qubadlı, Zəngilan rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib.

AQTA yanında Məşvərət Şurasının üzvü, Azərbaycan Gübrə İstehsalçıları və İdxalatçıları Assosiasiyasının sədri Əbdülhüseyn Abdullayev də görüşlərdə iştirak edib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən XQ-yə verilən məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.

Həmin gün vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.











Sosial həyat