Regionlarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün maarifləndirmə tədbirləri keçirilib

post-img

Dövlət Miqrasiya Xidmətinin regional idarələri tərəfindən Azərbaycan Dövlət Aqrar Universitetində, Azərbaycan Texnologiya Universitetində, eyni zamanda Ağsu, Ağstafa, Ordubad və Culfada maarifləndirmə tədbirləri keçirilib.

XQ xəbər verir ki, tədbirlərdə dövlət qurumlarının nümayəndələri, yerli icra hakimiyyəti və bələdiyyələr, işəgötürənlər, sahibkarlar, eləcə də ali təhsil müəssisələrində təhsil alan yerli və əcnəbi tələbələr, digər əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər.

Maarifləndirmə görüşləri əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, həmçinin onları qəbul edən tərəflərin hüquq və vəzifələri, tənzimlənməyən miqrasiya ilə mübarizə tədbirləri, miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə məsuliyyət, əcnəbi tələbələrin qeydiyyat qaydaları, sahibkarlar və işəgötürənlərlə qarşılıqlı əməkdaşlığın təşkili mövzularına həsr olunub.

Tədbirlər iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.







Sosial həyat