Pravoslav xristianlar yanvarın 6-dan 7-nə keçən gecə İsa Peyğəmbərin mübarək mövludunu - Milad bayramını qeyd edirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncədə Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsində keçirilən tədbirdə əvvəlcə Prezident İlham Əliyevin Milad bayramı ilə bağlı təbriki oxunub. Sonra həzrəti İsanın mövludu ilə bağlı ayinlər icra edilib.
Pravoslavlar şamlar yandıraraq sülh, əmin-amanlıq və xoşbəxtlik diləkləri ilə dualar oxuyublar.
Qeyd edək ki, xristian aləminin ən əlamətdar və təntənəli bayramlarından sayılan Milad ənənəyə görə, yanvarın 6-dan 7-nə keçən gecə İsa Məsihin dünyaya gəlməsinin şərəfinə qeyd olunur.









