Ordubad rayonunda Xaraba Gilan şəhər yerinə baxış keçirilib

post-img

Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidovun və nazirlik Aparatı əməkdaşlarının iştirakı ilə Xaraba Gilan şəhər yerinə baxış keçirilib.

Muxtar respublikanın Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Xaraba Gilan şəhərinin qalıqlarına, Muncuqlutəpə və Mərdangölü nekropollarına, Xaraba Gilan sərdabələrinə baxış zamanı abidələrin yerləşdiyi ərazilərin mövcud vəziyyətinin qiymətləndirilməsi, gələcəkdə Xaraba Gilan ərazisində abidələrin qorunması zamanı görüləcək işlər müəyyənləşdirilib.









Sosial həyat