2025-ci ilin dekabr ayında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 25 aptekdə yoxlama həyata keçirilib.
Mərkəzdən XQ-yə verilən məlumata görə, yoxlamaların 9-u Bakı şəhərində, 16-ı isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.
Aparılmış yoxlamalar nəticəsində 7 aptekdə müxtəlif nöqsanlar aşkarlanmış, bu hallarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1, 452.1 və 452.3 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.

