Dövlət Komitəsinin sədri Bakı şəhərində vətəndaşları qəbul edib

post-img

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbər vəzifəli şəxslərinin 2025-ci il üzrə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Komitə sədri Ramin Məmmədovun dekabrın 29-da Bakı şəhərində növbəti vətəndaş qəbulu keçirilib.

Komitədən XQ-ə verilən məlumata görə, qəbul zamanı vətəndaşlar İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı, məscidlərin təmir və tikintisi, ehsan süfrələrinin sadələşdirilməsi, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

XQ











Sosial həyat