Nə acı olsun, nə də isti...

post-img

Rusiyalı onkoloq Maqomed Suleymanov isti çay içməyin zərərlərindən danışaraq jurnalistlərə açıqlamasında bildirib ki, onun yaratdığı mədə və qida borusu xərçəngi dəhşətli onkoloji xəstəliklər sırasındadır. Həkim deyib:

– Bir tərəfdən, onkologiyanın hazırkı inkişaf mərhələsində bəzi hallarda xəstəliklərlə kifayət qədər mübarizə apara bilirik, digər tərəfdən isə onlar xeyli sayda xəstənin ölümünə səbəb olur.

Reflüks və ya mədə xərçənginin inkişafının risk faktorları bu orqanların isti içkilərin, şorbaların, ədviyyatlı və ya duzlu qidaların istehlakı səbəbindən selikli qişasının xroniki zədələnməsidir. Selikli qişa toxumaları bərpa olunmağa çalışır, aktiv şəkildə yeni toxuma yetişdirir ki, bu da intensiv hüceyrə bölünməsi deməkdir. Və bir anda hüceyrələrin qeyri-adi şəkildə bölünməyə başlaması şişin inkişafına səbəb olur.

Bu ehtimalı aradan qaldırmaq üçün şorba, qəhvə və ya çayın soyumasını bir neçə dəqiqə gözləmək, salatlarda və əsas yeməklərdə duz və istiotu azaltmaq lazımdır.

Z.HÜSEYNLİ
XQ



Sosial həyat