Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin vəfatının 22-ci ildönümü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəsissələrin rəhbərləri, şəhid ailəsi üzvləri və müharibə iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək, əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Həmçinin Şirvan şəhərində yerləşən idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri və şəhər sakinləri gün ərzində şəhərin mərkəzi meydanınında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edir, abidə önünə gül dəstələri düzərək unudulmaz xatirəsinə ehtiramlarını ifadə ediblər.
Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri

