Yanvar-sentyabr aylarında müavinətlər üzrə 861 mln. manat, Prezident təqaüdləri üzrə 551 mln. manat ödənilib

post-img

Bu ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 502 min nəfərə sosial müavinət, 402 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 861 mln. manat, Prezident təqaüdləri üzrə 551 mln. manat ödənilib.

Cari ilin 9 ayında 119 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 840 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Mustafa Kamal
XQ

Sosial həyat