Azərbaycanda müvəqqəti yaşamaq üçün müraciət edən əcnəbilərin sayı 16 mindən çox olub

post-img

Bu ilin 9 ayında 16 min 398 əcnəbi Azərbaycanda müvəqqəti yaşama icazəsi üçün müraciət edib.

XQ xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətindən (DMX) verilən  məlumatda  bildirilib.

Qeyd edilib ki, sözügedən dövrdə müraciətlərin 1167-si müvəqqəti olma müddətinin uzadılması, 3818-i vətəndaşlıq məsələləri ilə bağlı olub.

Bununla yanaşı, 6257 əcnəbi olduğu yer üzrə qeydiyyat, 3250-si daimi yaşama, 6774-ü iş icazəsi üçün DMX-yə müraciət edib.

N.Adilqızı
XQ

 

Sosial həyat