Bayrağın önündə diz çök,salamla.
Bir anlıq sukutla dərindən düşün.
Harda dalğalanır üçrəngli bayraq,
Vətənlə başlayır orda görüşün.
***
Bir dəfə yuksəlib,bir daha enməz!
Zəfər zirvəsində görünən bayrag.
Qalib millətimin, şərəf rəmzidir.
Səhid tabutuna bürünən bayraq.
***
Yaxında,uzaqda saya gəlməyən,
Neçə dost qazanıb Azərbaycanım.
Başımın üstündə ucadan-uca,
Vətən bayraqına qurbandır canım.
VƏlİYULLA CƏFƏROV
Baki Dovlət Universitetinin dosenti