Energetika naziri Naxçıvanda vətəndaşları qəbul edib

post-img

Energetika naziri Pərviz Şahbazov Naxçıvanda "Naxçıvan Enerji" MMC-nin inzibati binasında vətəndaşları qəbul edib.

Qəbulda vətəndaşların elektrik enerjisi təchizatı, şəbəkəyə qoşulma, transformatorun və elektrik dirəklərinin yerinin dəyişdirilməsi, qeyri-yaşayış sahəsinin enerji təchizatı, mühafizə zonası, işlə təminat və digər məsələlərə dair müraciətləri dinlənilib. Qaldırılan məsələlərin mövcud normativ-hüquqi aktlara uyğun şəkildə araşdırılması və operativ həlli məqsədilə müvafiq tapşırıqlar verilib.

Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Şahbuz və Şərur rayonlarından olan 11 vətəndaş iştirak edib.

M.Kamal
XQ

 

 

Sosial həyat