Ədliyyə naziri Fərid Əhmədov sentyabrın 19-da Naxçıvan şəhər və Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayon sakinlərini qəbul edəcək.
Qurumun mətbuat xidmətindən XQ-ə verilən məlumata görə, vətəndaşlar nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 17 sentyabr tarixinədək yalnız rəsmi iş günləri ərzində qəbula yazıla bilərlər.
Həmçinin [email protected] e-poçt ünvanı, eləcə də Nazirliyin rəsmi veb-saytında “Elektron xidmətlər” bölməsində “Vətəndaşların ədliyyə orqanlarında qəbula yazılması” xidməti vasitəsilə də qəbula yazılmaq mümkündür. Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur.
Qəbul Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin inzibati binasında keçiriləcək. Vətəndaşlara qəbul saatı barədə əvvəlcədən məlumat veriləcək.
Nurəngiz Adilqızı
XQ.