Mingəçevirdə Gənclər Forumu

post-img

Mingəçevir Dövlət Universitetinin ev sahibliyi, Gənclər Fondunun dəstəyi, Gənclər Təşkilatları Milli Şurası və “İşıqlı Gələcək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli çərçivəsində Gənclər Forumu keçirilib.

Məclisdə Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Mingəçevir Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Sahib Əliyev, Gənclər Təşkilatları Milli Şurasının baş katibi Nərminə Hüseynzadə, Mingəçevir Gənclər Evinin direktoru vəzifəsini icra edən Eşqin Məmmədov və “İşıqlı Gələcək Gəncləri” İctimai Birliyinin sədri Samrin Xanlayev ölkədə həyata keçirilən gənclər siyasətinin gənclərin təhsil, yaradıcılıq və ictimai fəaliyyət imkanlarını genişləndirdiyini bildiriblər.

Sonra panel müzakirələr təşkil olunub və gənclərlə bağlı müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb. Forumun ikinci hissəsində isə “Gələcəyə #Birlikdə” proqramının məqsədləri, əsas fəaliyyət istiqamətləri və Mingəçevirdə icra olunacaq üç aylıq yerli fəaliyyət planı barədə ətraflı məlumat təqdim edilib. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Layihənin ikinci günündə təşkil olunan “Fəal Gənc Akademiyası” çərçivəsində gənclər üçün sosial fəallıq, liderlik, komanda işi və karyera planlaması ilə bağlı təlimlər keçirilib.

İlqar HƏSƏNOV
XQ-nin bölgə müxbiri

Sosial həyat