İyulun 26-da və 27-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Məlumatı DİN mətbuat xidməti yayıb.
Polis əməkdaşlarının iyulun 26-da və 27-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 5 nəfər də saxlanılaraq istintaqa təhvil verilib.
P.ƏMİRCANOV
XQ