Qusarda rəqəmsal savadlılıq təlimi

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) bölgələrdə əhalinin sosial sahə üzrə elektron xidmətlərə dair savadlılığının artırılması məqsədilə təlimlərini davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, mərkəz növbəti rəqəmsal savadlılıq təlimini Qusar rayonunda keçirib. Tədbir zamanı DOST RİM-in əməkdaşı nazirliyin sosial sahədə vətəndaşlara təqdim etdiyi rəqəmsal xidmətlərlə bağlı təqdimatla çıxış edib. Xidmətlərin əlçatanlığı və funksionallığı ilə bağlı yeniliklər diqqətə çatdırılıb. Sonra vətəndaşların sualları cavablandırılıb.

Qeyd olunan tədbirlər Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının müvafiq bəndinə əsasən təşkil olunur. Məqsəd regionlarda əhalinin rəqəmsallaşma istiqamətində bilik və bacarıqlarının artırılmasıdır.

XQ

Sosial həyat