Qida Təhlükəsizliyi Agentliyi tərəfindən cari ildə keçirilən növbəti monitorinq çərçivəsində pərakəndə və topdansatış obyektlərində satışa çıxarılan yerli istehsallı dondurma məhsullarından ümumilikdə 50 nümunə götürülərək müayinə üçün müvafiq laboratoriyalara təqdim edilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən XQ-yə verilən məlumata görə, sınaq nəticələrinə əsasən, nümunələrdə təhlükəsizlik göstəriciləri üzrə hər hansı uyğunsuzluq aşkarlanmayıb.
Qeyd edək ki, xaricdən gətirilən dondurma məhsulları isə ölkənin gömrük ərazisinə daxil olarkən riskəsaslı nəzarətə cəlb olunur. Yalnız sınaq nəticələri uyğun çıxan məhsulların dövriyyəsinə icazə verilir.