İyulun 15-16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans keçiriləcək.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Medianın İnkişafı Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, mətbuat nümayəndələri, ilahiyyatçılar, həmçinin din xadimləri və dini icma sədrləri iştirak edəcəklər.
Konfransda müasir informasiya mühitində dini etiqad azadlığının təmin olunması, bu sahədə mövcud qanunvericiliyin icrası məsələləri müzakirə olunacaq. Rəqəmsal medianın imkanlarından istifadə etməklə dini maarifləndirmə işinin effektivliyinin artırılması və ictimai şüurda sağlam dini düşüncənin formalaşdırılması istiqamətində fikir mübadiləsi aparılacaq, habelə dini ibadətgahlara media-tur təşkil ediləcək.
Qeyd edək ki, konfransın media tərəfdaşı "Global Media Group"dur.