Ağdam-Füzuli yolunda mikroavtobus aşıb

post-img

Bu gün səhər saatlarında Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində “Ford” markalı mikroavtobusun aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XQ-yə bildirilib ki, hadisə zamanı avtomobildə olan 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Sosial həyat