Nazir Emin Əmrullayev Oğuzda vətəndaşlarla görüşəcək

post-img

Elm və təhsil naziri Emin Əmrullayev iyulun 25-də Oğuz şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və Qəbələ sakinləri iştirak edə bilərlər.

Adları çəkilən şəhər və rayonların sakinləri iyulun 11-nə qədər (saat 18:00-dək) Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪+994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.

Qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

Sosial həyat