Son vaxtlar Goranboy başdan ayağa yaşıllıqlara bürünən bir rayona çevrilmişdir. Xüsusilə COP29 ərəfəsində bu işə o qədər yüksək səviyyədə diqqət yetirilmişdir ki, yol kənarlarında, mağaza, ictimai iaşə obyektlərinin, digər tikililərin qarşısında əkilmiş müxtəlif növ ağaclara qulluğu əksər hallarda sakinlər, iş adamları özləri göstərməyə başlamışlar. Yəni izahat, təbliğat, fərdi söhbətlər, necə deyərlər, öz işini görmüşdür.
Son günlər sakinlərin diqqətini daha bir maraqlı iş cəlb edir. Hara baxırsan müxtəlif növ çiçəklər şəhərdə addımbaşı qarşıya çıxır. Zövqlə əkilmiş, müxtəlif forma verilmiş çiçəklərə lazımi qulluq göstərilir, adamların istirahəti üçün şərait yaradılır.
İlin müxtəlif fəsillərində göz və könül oxşayan çiçəklər günü-gündən abadlaşan və gözəlləşən Goranboyu daha füsunkar edir…
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Goranboy