Bakı və Sumqayıt şəhərlərində silah-sursat aşkarlanıb

post-img

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. 

İyunun 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 tapança, 28 qumbara, 22 alışdırıcı, 21 mərmi, 14 tüfəng, 3 patron darağı və 1712 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Polis əməkdaşlarının keçirdikləri növbəti tədbirlər nəticəsində paytaxtın Xəzər, Nizami və Binəqədi rayonlarında 2 avtomat silahı, 2 tapança, 1 qumbara, 4 patron darağı və 366 ədəd müxtəlif çaplı patron tapılaraq götürülüb.

Sumqayıt şəhərində isə bir nəfər tapdığı 1 avtomat silahı, 1 patron darağı və 70 patronu könüllü olaraq polisə təhvil verib.

Araşdırmalar aparılır.

P.ƏMİRCANOV
XQ

Sosial həyat