Vətəndaşların bank kartları ilə bağlı dələduzluq davam edir

post-img

Onlayn cinayət davam edən və artan kiber təhlükədir. Şübhəli xarici “WhatsApp” zəngləri və mesajları vasitəsilə cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflər, satış üzrə beh ödənişləri dələduzluqdur. 

Bu barədə DİN mətbuat xidmətinin məlumatında deyilir. 

Bu zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalı, təkliflərdən imtina edilməlidir. 

Mayın 13-də ayrı-ayrı vətəndaşların bank kartlarından 10000, 1400, 1190, 307, 248, 220, 198, 166, 149, 100, 100, 70, 64, 53 manat pul vəsaitləri müxtəlif kiber üsulla oğurlanıb. Bank kartı sahibləri diqqətli olmalıdır, çünki onlayn təhlükə var.

P.ƏMİRCANOV
XQ

Sosial həyat