Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Dövlət İmtahan Mərkəzinin rəhbərliyi və kollektivi Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib.
DİM-in verdiyi məlumata görə, mərkəzin əməkdaşları ümummilli liderin ruhu qarşısında baş əyib, məzarı üzərinə gül dəstələri düzüb, əziz xatirəsinə hörmət və ehtiramlarını ifadə ediblər.