ABŞ-da yaşayan qadın sosial media hesabında pəhrizə keçdikdən sonra üzünün bir neçə gün ərzində necə narıncıya çevrildiyini paylaşıb. Əvvəlcə sarılığa tutulduğunu düşünən qadın tez həkimə müraciət edib.
Müayinədən sonra bunun xəstəlik olmadığını öyrənib. Həkimlər ona bədənində çoxlu beta-karotin yığıldığını, buna görə də üzünün rənginin narıncılaşdığını bildiriblər.
Tibbdə karotinemiya kimi tanınan bu vəziyyət yerkökü və buna bənzər tərəvəzlərin həddindən artıq yeyilməsi nəticəsində yaranır. Həkimlər bildiriblər ki, bu halda müalicə tətbiq edilmir. Yerkökü və digər rəngli tərəvəzlərin istifadəsini dayandırmaq dərinin rənginin əvvəlki vəziyyətinə qayıtmasına kömək edir.
Belə vəziyyət tibbi baxımdan sağlamlıq üçün qorxulu deyil, yalnız estetik narahatlıq yaradır.
Z.HÜSEYNLİ
XQ