Zaqatalada “Qloballaşan dünyada din siyasəti: yeni reallıqlar və perspektivlər” mövzusunda regional konfrans keçiriləcək

post-img

Aprelin 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Zaqatalada “Qloballaşan dünyada din siyasəti: yeni reallıqlar və perspektivlər” mövzusunda regional konfrans keçiriləcək.

XQ-yə bildirilib ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Zaqatala Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, hüquq mühafizə orqanlarının əməkdaşları, ilahiyyatçılar, həmçinin din xadimləri, dini icma sədrləri iştirak edəcəklər.

Konfransda dövlət-din münasibətlərinin tənzimlənməsi, qloballaşmanın dinə təsiri, yaratdığı imkanlar, vətəndaşların dini etiqad azadlığının təmin olunması, dini fanatizm, radikalizm və ekstremizmə qarşı ideoloji müstəvidə effektiv mübarizənin aparılması istiqamətində müzakirələr aparılacaq.

Sosial həyat