Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Balçılı kəndində səyyar qəbul keçirib.
Səyyar qəbulda rayon icra hakimiyyəti başçısı Aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Elvin Paşayev belə qəbulların ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb, eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib.
Səyyar qəbul zamanı bir qrup kənd sakinini dinləyən rayon rəhbəru mövcud problemlərin həlli, o cümlədən yol kənarındakı özaxım su borusunun,kənddaxili yolların təmir olunmasını, kəndə gələn qaz xəttinin yerdə olan hissələrinin dayaqların üzərinə qoyulmasını və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Göygöl rayonu